Topaz Premyer Liqasında XI turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq tura Qəbələdə start veriləcək.
“Qəbələ” – “Bakı” görüşü ilə başlayacaq gün “Qarabağ” – “Araz Naxçıvan” qarşılaşması ilə yekunlaşacaq. Bu turda ilk “beşlik”də yer alanlar turnir cədvəlinin ikinci yarısında olanlarla üz-üzə gələcək.
Həmin səbəbdən turun mərkəzi oyunu “qonşular”ın Lənkərandakı matçı olacaq. “Xəzər Lənkəran” – “Simurq” qarşılaşması saat 17:00-da start götürəcək.
XI tur
2 noyabr (bazar)
15:30. “Qəbələ” – “Bakı”
Qəbələ şəhər stadionu
16:00. “Sumqayıt” – “İnter”
“Kapital Bank Arena” stadionu
17:00. “Xəzər Lənkəran” – “Simurq”
Lənkəran şəhər mərkəzi stadionu
17:15. “Neftçi” – AZAL
“Bakcell Arena”
19:30. “Qarabağ” – “Araz Naxçıvan”
Tofiq Bəhramov adına Respublika stadionu