“Sumqayıt” AZAL-la matçın hazırlığına başladı
26.11.2014 - 19:50
Topaz Premyer Liqasının son turunda "Kapital Bank Arena"da "Bakı" ilə heçə-heçə (1:1) edən "Sumqayıt” bir günlük istirahəti başa vurub. Apasport.az saytının məlumatına görə, komanda bu gündən etibarən Aqil Məmmədovun rəhbərliyi altında AZAL-la oyunun hazırlığıa başlayıb.
"Kapital Bank Arena"da səhər məşqinə çıxan "Sumqayıt" tam heyətlə məşq edib.
Qeyd edək ki, AZAL - "Sumqayıt" oyunu noyabrın 29-da saat 15:00-da AZAL Arena-da keçiriləcək.
0
0