Ötən gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçını keçirib.
F qrupunda çıxış edən Ağdam klubu Bakıda qolsuz (0:0) bərabərə qaldığı “Sent-Etyen”lə Fransada münasibətlərinə aydınlıq gətirib. Qrupda son səfər oyununa çıxan Qurban Qurbanovun yetirmələri Sent-Etyen şəhərində də məğlub olmayıb.
Kiyevdən 3 xalla qayıdan “Qarabağ” bu dəfə isə 1 xala sevinməyi bacarıb. 15-ci dəqiqədə Vüqar Nadirovun qoluna sevinən komandamız 6 dəqiqədən sonra qapısında qol görüb. Lakin buna baxmayaraq təmsilçimiz oyunu sona bu hesabla başa vurmağı bacarıb.
Beləliklə, “Sent-Etyen”lə 1:1 hesablı heç-heçə edən “Qarabağ” 1/16 final ümidlərini son turadək saxlayıb.
Avropa Liqası
Qrup mərhələsi, V tur
27 noyabr
F qrupu
“Sent-Etyen” (Fransa) – “Qarabağ” (Azərbaycan) - 1:1
QOLLAR: Van Volfsvinkel, 21 - Vüqar Nadirov, 15
Baş hakim: Kristin Yakobsson
Hakim köməkçiləri: Siqurdur Oli Torleyfsson, Qunnar Qunnarsson
Əlavə köməkçi hakimlər: Toroddur Hialtalin, Torvardir Arnasson
Dördüncü hakim: Qilfi Mar Siqurdsson (hamısı İslandiya)
Hakim-inspektor: Youni Hiitya (Finlandiya)
UEFA nümayəndəsi: Tobias Volf (Almaniya)
Sent-Etyen. “Ceffri Quiçard” stadionu
SENT-ETYEN: 16. Stefan Ruffier, 2. Teofile Katarine, 20. Conatan Brison, 26. Mustafa Bayal Sall, 6. Jeremi Klement (k), 10. Renaud Çohade, 18. Fabien Lemoine, 24. Loik Perrn, 7. Maks-Alain Qradel, 13. Van Volfsvinkel, 21. Romen Amuma
Ehtiyat oyunçular: 30. Jessi Moulin, 19. Florentin Poqba, 11. Yohan Mollo, 28. İsmail Diomande, 8. Benjamin Korqne, 22. Kevin Monnet-Paket, 23. Paul Baysse
Baş məşqçi: Kristof Qaltye
QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7 Namiq Yusifov, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc, 17.Vüqar Nadirov
Ehtiyyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 24. Admir Teli, 33. Şəhriyar Əliyev, 6. Hacı Əhmədov, 3. Tərlan Quliyev, 99. Namiq Ələsgərov
Baş məşqçi: Qurban Qurbanov
1. |
İnter |
4 |
2 |
2 |
0 |
4-1 |
8 |
2. |
Dnepr |
4 |
1 |
1 |
2 |
2-3 |
4 |
3. |
Qarabağ |
4 |
1 |
1 |
2 |
2-4 |
4 |
4. |
Sent-Etyen |
4 |
0 |
4 |
0 |
1-1 |
4 |