Bakıda növbəti rapid turniri keçirilib - FOTO
15.09.2025 - 16:04
Azərbaycan Şahmat Federasiyasında Uşaq-Gənclər Komissiyasının təşkilatçılığıyla növbəti rapid turniri keçirilib.
Apasport.az xəbər verir ki, 45 şahmatçının iştirak etdiyi yarış yeniyetmə şahmatçıların beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyıb.
7 turdan ibarət yarışın nəticəsinə əsasən 6 xal toplayan Xaqan Əhməd turnirin qalibi adını qazanıb. Allahverdi Həmidovla Murad İbrahimli (hərəyə 5.5 xal) müvafiq olaraq 2-3-cü yerləri bölüşüb.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası mütəmadi olaraq belə turnirlərin təşkilini planlaşdırır.
- Azərbaycanın 8 şahmatçısı İtaliyada yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaq
- Beşinci Landau Şahmat Festivalı keçiriləcək
- FIDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırıb
- 8 şahmatçımız Batumidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək
- Məmmədyarovdan qələbə ilə start
0
0