Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub.
Apasport.az xəbər verir ki, kişilərin yarışında Məhəmməd Muradlı cavab görüşündə Read Səmədovu məğlub edərək finala vəsiqə qazanıb.
Şəhriyar Məmmədyarovla Aydın Süleymanlı arasında ikinci oyunda da heç-heçə qeydə alınıb. Tərəflər finala vəsiqənin sahibini tay-brekdə müəyyənləşdirəcək.
Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva-Gülnar Məmmədova arasında ikinci oyun heç-heçə başa çatıb. Ayan Allahverdiyeva isə Türkan Məmmədyarovanı məğlub edib.
Beləliklə qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə qarşılaşacaq. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparacaq.
- Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib