
Yunanıstanın Rodos adasında qadınların şahmat üzrə Avropa çempionatı bir günlük fasilədən sonra davam edir.
Apasport.az xəbər verir ki, yarışın 8-ci turu Azərbaycan şahmatçıları uğursuz alınıb.
Səkkiz təmsilçimizdən cəmi biri qələbə sevinci yaşayıb. Səbinə İbrahimova Lan Yaoyə (İngiltərə) qalib gəlib. Ən yüksək xal toplayan şahmatçılarımız - Gülnar Məmmədova ilə Gövhər Beydullayeva qarşılaşıb. Azərbaycanlı zəka sahiblərinin duelində heç-heçə qeydə alınıb.
Təmsilçilərimizdən ən yüksək nəticə Gülnara məxsusdur. 5 xal toplayan şahmatçımız 10-cu pillədə qərarlaşıb. O, liderdən 1,5 xal yarım geri qalır.
Turnirdə qalib gələn ilk 10 zəka sahibi Dünya kubokuna vəsiqəni təmin etmiş olacaq.
Qeyd edək ki, yarışda 34 ölkədən ümumilikdə 137 şahmatçı iştirak edir.
8-ci tur
Gülnar Məmmədova - Gövhər Beydullayeva - 0,5:0,5
Səbinə İbrahimova - Lan Yao (İngiltərə) - 1:0
Ayan Allahverdiyeva - Kesariya Mqeladze (Gürcüstan) - 0:1
İnna Qapanenko (Ukrayna) - Nərmin Abdinova - 0,5:0,5
Elif Zeren Yıldız (Türkiyə) - Ülviyyə Fətəliyeva - 0,5:0,5
Türkan Məmmədyarova - Bodhana Sivanandan (İngiltərə) - 1:0
Ana Silva (Portuqaliya) - Lalə Hüseynova - 0,5:0,5
Turnir cədvəli: 1. Teodora İnjaç (Serbiya) - 7 xal, 2. İrina Bulmaqa (Rumnıya) - 6,5 xal, ...10. Gülnar Məmmədova - 5,5 xal, 23. Gövhər Beydullayeva - 5 xal