“El-Klasiko”ya PROQNOZ
02.03.2023 - 14:31
“El-Klasiko”ya PROQNOZ

Bu gün İspaniya kubokunun yarımfinalında “Real”la “Barselona” qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, “El-Klasiko” proqnozsevərlərin də maraq dairəsindədir.

Futbol eksperti Yeqor Titov görüşlə bağlı təxminini irəli sürüb. Rusiya yığmasının və “Spartak”ın sabiq kapitanı təkli kupon üçün ən uyğun variantı müəyyənləşdirib:

İlk qarşılaşmada “Real” favoritdir. “Barselona”nın son iki matçda uduzması böhrandan xəbər verir.

Amma madridlilərin də müdafiəsi ideal deyil. Bu üzdən hər iki komandanın qol vuracağını düşünürəm. Bu variantın əmsalı 1,76-ya bərabərdir.

Proqnozum: Q/Q

0