DÇ-2026-nın İngiltərə - Argentina yarımfinalı nadir göstərici ilə yadda qalıb.
Apasport.az xəbər verir ki, Opta-nın statistikasına əsasən, 1966-cı ildən bəri ətraflı dünya çempionatı məlumatlarının toplandığı dövrdə bu, ilk 30 dəqiqəsində qapılara heç bir zərbənin vurulmadığı ilk oyun olub.
Qeyd edək ki, Opta-nın 1966-cı ildən bəri apardığı ətraflı statistikaya əsasən, dünya çempionatları tarixində ilk 30 dəqiqəsində heç bir zərbə qeydə alınmayan ilk qarşılaşma məhz İngiltərə – Argentina yarımfinalı olub.
Görüşün ilk hissəsi çox sərt mübarizə, çoxsaylı qayda pozuntuları və taktiki ehtiyatlılıq fonunda keçib. Hər iki komanda əsas diqqəti müdafiəyə yönəltdiyindən ilk təhlükəli epizod yalnız 30-cu dəqiqədən sonra yaşanıb.
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
- 7-ci finalda 6-cı çempionluq – İspaniyadan ikinci DÇ kuboku