
“Napoli”nin futbolçusu Viktor Osimhen rekord qırıb.
Apasport.az saytı xəbər verir ki, 24 yaşlı hücumçu buna İtaliya A seriyasının XXXIII turunun "Udineze" ilə qarşılaşmasında fərqlənməklə nail olub.
1:1 hesablı bərabərliklə bitən görüşdə komandasına 1 xalı qazandıran yeganə qolu vuran nigeriyalı forvard qollarının sayını 22-yə çatdırıb. Osimhen bu nəticə ilə A seriyasında ən çox fərqlənən afrikalı adını ələ keçirib. O, 2010/11 mövsümündə "İnter"in heyətində 21 qol vuran Samuel EtoOnun rekordunu yeniləyib.
Qeyd edək ki, 2020-ci ildə Neapol klubuna transfer edilən Viktor cari mövsümdə 34 matçda meydana çıxaraq 27 qol və 5 assistlə yadda qalıb.
- “Aston Villa” ispaniyalı futbolçunu transfer etmək istəyir
- “Bir axşam Masazırda”: Millimiz üçün yeni stadion - STATİSTİKA
- "Neftçi"nin 1369 günlük həsrəti bu gün sona çatacaq? - STATİSTİKA
- Qəbələ Azərbaycan futbolu tarixində: 7-ci şəhər, 12-ci stadion... - STATİSTİKA
- Tarixdə 60-cı, “Qarabağ” üçün 21-ci - Statistika