Qana millisindən antirekord
02.12.2022 - 21:50
Qana millisindən antirekord

Futbol üzrə Qana millisi dünya çempionatında eyni rəqibin qapısına 2 penalti vura bilməyən yeganə komanda olub.

Apasport.az xəbər verir ki, komanda 2010 və 2022-ci illərdə keçirilmiş mundiallarda Uruqvaya qarşı hər iki cəhdi qola çevirə bilməyib.

2010-cu ildə Qana millisi 1/4 finalda Uruqvaya qarşı ikinci hissənin sonunda Luis Suaresin topa əli ilə toxunması ilə penalti hüququ qazanmışdı. Daha sonra Asamoa Qyanın penalti zərbəsi qapı tirinə dəymişdi. Uruqvaylılar əsas və əlavə vaxtı 1:1 başa çatan matçda penaltilər seriyasında qalib gələrək yarımfinala vəsiqə qazanmış və ilk dəfə bir Afrika təmsilçisinin bu mərhələyə çıxmasına imkan verməmişdi.

Bu gün isə qrup mərhələsinin III turunun Uruqvaya qarşı oyununda Qana millisinin hücumçusu Andre Ayu penaltini dəqiq yerinə yetirə bilməyib. Nəticədə ikiqat dünya çempionları 2:0 qalib gəlib.

 

0