Stolüstü tennisçilər Özbəkistanda keçirilən növbəti beynəlxalq yarışda da etimadı doğruldublar.
Apasport.az xəbər verir ki, Andijan şəhərində məşhur stolüstü tennisçi Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi turnirdə ən yaxşı nəticəni Mehin Mirzəbalayeva göstərib.
13 yaşadək idmançılar arasında bütün rəqiblərinə qalib gələn istedadlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yalnız finalda uduzan Gülnur Kərimli (U 11) yarışı ikinci, Səidə Quluzadə (U 13) ilə Yağmur Məmmədli (U 15) üçüncü yerdə başa vurub.
Xatırladaq ki, mayın 13-dən 16-dək Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində Onur Quluzadə ikinci, Cəfər Almədədli ilə Mehin Mirzəbalayeva üçüncü yeri tutumuşdu. Beləliklə, gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə yarışlara qatılan komandamız Vətənə 7 mükafatla qayıdır.
- Təmsilçimiz İsveçdə keçiriləcək beynəlxalq yarışda iştirak edəcək
- Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər
- Stolüstü tennisçimiz "Ginnesin Rekordlar Kitabı"na düşüb
- Stolüstü tennisçilər Tacikistana yollanıblar
- Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb