Stolüstü tennisçilərin Portuqaliya sınağı
09.07.2026 - 12:43
Stolüstü tennisçilərin Portuqaliya sınağı

Azərbaycanın stolüstü tennis üzrə milli komandaları növbəti Avropa çempionatında iştirak edəcək.

Apasport.az xəbər verir ki, yığmalarımız yarışda iştirak etmək üçün Portuqaliyanın Qondomar şəhərinə yollanıb.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Mixail Timofeyev, gənclərdən ibarət yığmaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Adil Əhmədzadə, Rüstəm Hacılı, Tunar Bağırov, Onur Quluzadə, Ruslan Kərimov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Şəbnəm Mansurova, Xədicə Babazadə və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, iyulun 10-19-da keçiriləcək Avropa çempionatının oyunlarını beynəlxalq dərəcəli hakim Zaur Mikayılov idarə edəcək.