Rəqibimizin 3-ü mərhələ adlaya bilmədi
15.06.2018 - 12:19
Rəqibimizin 3-ü mərhələ adlaya bilmədi

Qadın voleybolçular arasında Millətlər Liqasının final mərhələsinin iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 5 mərhələnin yekununa əsasən 5 yığma növbəti mərhələyə vəsiqə qazanıb.

Belə ki, 15 turda cəmi 2 dəfə uduzan ABŞ final mərhələsinə lider kimi yüksəlib. Dünya çempionatında Azərbaycan yığmasının rəqibi 40 xal toplayıb. Onlarla yanaşı, Serbiya, Braziliya, Hollandiya və Türkiyə də çıxışını davam etdirəcək. Bu yığmalara final mərhələsinin ev sahibi Çin də qoşulacaq.

Həlledici oyunlar iyunun 27-dən iyulun 1-dək keçiriləcək.

Azərbaycan millisinin DÇ-2018-dəki digər rəqibləri isə Millətlər Liqasında mərhələ adlaya bilməyib. Rusiya 8, Cənubi Koreya 5, Tailand 3 qələbə qazanıb ki, bu da onların “beşliy”ə düşməsinə imkan verməyib.

 

N

Ölkə

O

Q

M

S

T

X

1

ABŞ

15

13

2

42-8

1227-997

40

2

Serbiya

15

12

3

41-15

1324-1141

37

3

Braziliya

15

12

3

40-20

1376-1229

35

4

Hollandiya

15

12

3

39-18

1327-1176

34

5

Türkiyə

15

11

4

40-19

1351-1244

35

6

İtaliya

15

10

5

34-22

1230-1136

29

7

Rusiya

15

8

7

26-29

1194-1198

23

8

Polşa

15

8

7

29-29

1298-1211

22

9

Çin

15

7

8

29-27

1237-1178

22

10

Yaponiya

15

7

8

27-31

1209-1273

20

11

Almaniya

15

5

10

23-35

1220-1315

15

12

Cənubi Koreya

15

5

10

16-34

1022-1141

14

13

Belçika

15

4

11

18-36

1115-1250

12

14

Dominikan Respublikası

15

3

12

17-37

1072-1245

12

15

Tailand

15

2

13

17-41

1218-1355

7

16

Argentina

15

1

14

5-42

830-1161

3

Qeyd edək ki, Millətlər Liqasının final mərhələsində Çin, Braziliya və Hollandiya A, ABŞ, Serbiya və Türkiyə isə B qrupunda mübarizə aparacaq.

0