Azərbaycan voleybol yığması İsraillə yoxlama oyunlarına yollanıb
03.04.2008 - 12:40
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın qadınlardan ibarət voleybol milli komandası bu gün Quba Olimpiya Kompleksinə təlim-məşq toplanışına yollanıb. Bu haqda “APA-Sport” agentliyinə Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız hazırlıq prosesi çərçivəsi çərçivəsində İsrail milli komandası ilə yoxlama oyunları keçirəcək. İsraillilər aprelin 5-də Qubada olacaqlar.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0