Valeriya Korotenkonun komandası Superliqada ikinci pilləyə yüksəlib - FOTO
04.04.2008 - 10:44
Bakı. Kənan Həsənov-APA-Sport. Türkiyənin voleybol Superliqasında növbəti turun görüşləri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvləri Oksana Quliyeva və Valeriya Korotenkonun icarə əsasında çıxış etdiyi “Fənərbaxça Acibadem” klubu səfərdə “Vakıfbank Günəş Sığorta”nı məğlub edib - 3:0. Hər iki voleybolçumuzun oyunu üç ulduzla qiymətləndirilib. Keçirdiyi 19 oyundan 48 xal toplayan “Fənərbaxça Acibadem” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Superliqaya isə 51 xalla yığmamızın sabiq üzvü İnessa Qorxmazın şərəfini qoruduğu “Əczaçıbaşı Zentiva” klubu başçılıq edir.
0
0