Ernesto Rodriqes: “Natalya Məmmədovanın inamlı debütündən razı qaldım”
10.04.2008 - 11:12
Ernesto Rodriqes: “Natalya Məmmədovanın inamlı debütündən razı qaldım”
Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın qadınlar arasında voleybol Superliqasında pley-off oyunları başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın lideri Natalya Məmmədovanın icarə əsasında çıxış etdiyi “İkaro Palma” klubu doğma meydanda “Universidad” komandasına 3:0 hesabı ilə qalib gəlib. Əsas heyətdə mübarizə aparan voleybolçumuz komandasının uğurunda önəmli rol oynayıb. “İkaro Palma”nın baş məşqçisi Ernesto Rodriqes də N.Məmmədovanın debütündən razı qaldığını deyib: “Oyuna çox yaxşı başladıq. Xüsusilə Məmmədovanın inamlı debütündən razı qaldım. Natalya komandaya tez uyğunlaşdı və oyuna lazımınca köklənə bildi”. B qrupunda yer alan “İkaro Palma” növbəti oyununu aprelin 12-də səfərdə “Tenerife” klubuna qarşı keçirəcək.
0