Azərbaycan milli komandası mükafat fondu 1 milyon dollar olan turnirə qatılacaq
12.04.2008 - 15:02
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası mayda Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız Dubayda mükafat fondu 1 milyon ABŞ dolları olan beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Yarışda Azərbaycan millisi planetin ən güclülərindən sayılan İtaliya, Hollandiya, Almaniya, Avstraliya, Əlcəzair, Misir və Rusiya yığmalarına qarşı mübarizə aparacaq. Mayın 21-də start götürəcək turnirin qalibi bir həftə sonra bəlli olacaq.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0