Azərbaycanın milli komandası Albaniya ilə oyuna Qubada hazırlaşacaq
16.04.2008 - 13:56
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli komandası Quba Olimpiya Kompleksində təlim-məşq toplanışı keçəcək. Bu haqda “APA-Sport” agentliyinə yığmanın rəisi Nazim Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, komandamızın hazırlığı mayın 2-dək davam edəcək. Bundan sonra isə millimiz Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində keçirəcəyi oyun üçün Albaniyaya yollanacaq. Komandalar arasında ilk oyun mayın 8-də, cavab matçı isə 11-də Quba Olimpiya Kompleksində baş tutacaq. Cütün qalibi Hollandiya, Latviya və Sloveniya yığmalarının yer aldığı B qrupunda mübarizə aparmaq hüququ əldə edəcək.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0