Natalya Məmmədova İspaniya çempionatının finalında oynayacaq
24.04.2008 - 10:21
Natalya Məmmədova İspaniya çempionatının finalında oynayacaq
Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın qadınlar arasında voleybol çempionatında pley-off mərhələsinin beşinci turunun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın lideri Natalya Məmmədovanın icarə əsasında çıxış etdiyi “İkaro Palma” klubu səfərdə “Universiada” komandasına 3:1 hesabı ilə qalib gəlib. Əsas heyətdə mübarizə aparan voleybolçumuz komandasının uğurunda önəmli rol oynayıb. Ardıcıl beşinci qələbəsini qazanan “İkaro Palma” 10 xalla yer aldığı B qrupunda liderliyini rəsmiləşdirib və finalda oynamaq hüququ qazanıb. N.Məmmədovanın komandası həlledici oyunda A qrupunda 10 xalla liderliyi təmin edən, ötən ilki çempion “Mursiya” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “İkaro Palma” qrup mərhələsində sonuncu oyununu aprelin 26-da doğma meydanda “Tenerife” klubuna qarşı keçirəcək.
0