Azərbaycan voleybolçularının komandaları Türkiyə Superliqasının yarımfinal mərhələsinin ikinci oyununda uduzub
24.04.2008 - 10:45
Bakı. Kənan Həsənov – APA-Sport. Türkiyə voleybol Superliqasında yarımfinal mərhələsinin ikinci oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Oksana Quliyeva ilə libero Valeriya Korotenkonun icarə əsasında çıxış etdiyi “Fənərbaxça Acibadem” klubu səfərdə “Türk Telekom” komandasına uduzub - 1:3. Əsas heyətdə mübarizə aparan voleybolçularımızın oyunu iki ulduzla qiymətləndirilib. Yığmamızın sabiq üzvü İnessa Qorxmazın şərəfini qoruduğu “Əczaçıbaşı Zentiva” klubu da səfərdə “Vakıfbank Günəş Sığorta” komandasına eyni hesabla məğlub olub. İ.Qorxmazın oyunu iki ulduzla qiymətləndirilib. Bu nəticələrdən sonra seriyada hesab (1:1) bərabərləşib. Həmyerlilərimizin komandaları növbəti oyunlarını bu gün səfərdə keçirəcəklər.
Qeyd edək ki, Türkiyə Superliqasının finalına üç qələbə qazanan komanda yüksələcək.
Qeyd edək ki, Türkiyə Superliqasının finalına üç qələbə qazanan komanda yüksələcək.
0
0