Natalya Məmmədovanın komandası İspaniya çempionatının final mərhələsinə məğlubiyyətlə başlayıb
30.04.2008 - 11:45
Bakı. Kənan Həsənov – APA-Sport. Qadın voleybolçular arasında İspaniya çempionatının final mərhələsi start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın lideri Natalya Məmmədovanın icarə əsasında çıxış etdiyi “İkaro Palma” ilk oyununu səfərdə “Mursiya 2005” klubuna qarşı keçirib. Həmyerlimiz əsas heyətdə mübarizə aparsa da, komandası 1:3 hesabı ilə məğlub olub. “İkaro Palma” rəqibini mayın 2-də və 3-də doğma meydanda qəbul edəcək. Növbəti iki oyun isə mayın 9-da və 10-da “Mursiya 2005” klubunun meydanında təşkil olunacaq. Reqlamentə əsasən, üç qələbə qazanan komanda İspaniya çempionu tituluna sahib çıxacaq.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0