Azərbaycan milli komandası Abu-Dabidə keçiriləcək beynəlxalq turnirə Qubada hazırlaşacaq
02.05.2008 - 15:13
Bakı. Kənan Həsənov - APA-Sport. Qadın voleybolçulardan ibarət Azərbaycanın milli komandası bu gün Qubaya yollanıb. “APA-Sport” agentliyinin Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyliyə istinadən verdiyi məlumata görə, yığmamız Faiq Qarayevin rəhbərliyi altında Quba Olimpiya Kompleksində təlim məşq toplanışı keçəcək. Mayın 19-da komandamız Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabiyə yollanacaq. Voleybolçularımız mayın 21-dən 27-dək keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan yarışda Rusiya, İtaliya, Hollandiya, Almaniya, Avstraliya, Əlcəzair və Misir yığmalarının da iştirak edəcəyi təsdiqlənib.
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
- “Gəncə”dən yeni transfer
- Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim-məşq toplanışına yollanıb
- Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb
- AVF rəsmisi CEV-in iclasında iştirak edib
0
0