Natalya Məmmədova İspaniya çempionatının final mərhələsinin son iki oyununda 43 xal qazanıb
05.05.2008 - 10:24
Natalya Məmmədova İspaniya çempionatının final mərhələsinin son iki oyununda 43 xal qazanıb
Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın qadınlar arasında voleybol çempionatının final seriyası davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın lideri Natalya Məmmədovanın icarə əsasında çıxış etdiyi “İkaro Palma” klubu üç oyundan sonra ümumi hesabda geri düşüb. İlk görüşdə səfərdə “Mursiya 2005” klubuna 1:3 hesabı ilə uduzan həmyerlimizin komandası daha sonra doğma meydanda keçirdiyi qarşılaşmadan qələbə ilə ayrılıb - 3:2. Əsas heyətdə mübarizə aparan N.Məmmədova 24 xal toplayıb və matçın ən məhsuldar oyunçusu olub. Komandalar arasında baş tutan üçüncü görüş isə qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. 24 yaşlı voleybolçumuz bu oyunda 19 xal qazanıb. Növbəti qarşılaşmalar mayın 9-da və 10-da “Mursiya 2005” klubunun meydanında təşkil olunacaq. Reqlamentə əsasən, üç qələbə qazanan komanda İspaniya çempionu tituluna sahib çıxacaq.
0