Azərbaycanın qadın voleybol yığması Avropa çempionatının qrup mərhələsinə məğlubiyyətlə başlayıb
31.05.2008 - 10:44
Azərbaycanın qadın voleybol yığması Avropa çempionatının qrup mərhələsinə məğlubiyyətlə başlayıb
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası Avropa çempionatının qrup mərhələsinə məğlubiyyətlə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Faiq Qarayevin başçılıq etdiyi yığmamız Rumıniyanın Bizau şəhərində təşkil olunan yarış çərçivəsində keçirdiyi ilk görüşdə İspaniyaya 1:3 (25:16, 21:25, 14:25, 19:25) hesabı ilə uduzub. Qrupda keçirilən digər oyunda Rumıniya Makedoniyaya qalib gəlib - 3:0. Bu gün makedoniyalılarla qarşılaşacaq komandamız sabah Rumıniyanı sınağa çəkəcək.
Qrup mərhələsinin ikinci dövrəsinin oyunları İspaniyanın Kaseras şəhərində keçiriləcək. Milli komandamız bu mərhələdə iyunun 6-da Rumıniya, 7-də İspaniya, 8-də is’ Makedoniya ilə oynayacaq. Reqlamentə əsasən, qrup qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan komanda isə “pley-off”da mübarizə aparacaq.
0