Bacılar, ay bacılar...
12.01.2009 - 11:13
Azərbaycanın gənc qızlardan ibarət voleybol yığması Avropa çempionatının seçmə mərhələsində mübarizəni erkən dayandırıb. Apasport.az saytının məlumatına görə, milli komandamız Türkiyənin Alaniya şəhərində keçirilən yarışda 9 xalla 3-cü yer tutub.
Reqlamentə əsasən, qrupda ilk iki pillədə qərarlaşan kollektivlərə növbəti mərhələyə vəsiqə verilirdi. Feliks Məmmədovun yetirmələri qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilərdilər. Ancaq son oyunda Türkiyə Fransaya qalib gələrək, yığmamızı üçüncü sıraya sıxışdırıb.
Yekunda milli komandamızla yanaşı, Türkiyə və Slovakiya da eyni miqdarda xal toplayıb. Həmvətənlərimiz setlərin daha pis fərqinə görə isə qrup səddini aşmağı bacarmayıblar. Setlərin göstəricisi Türkiyədə 12-3, Slovakiyada 14-4, Azərbaycanda isə 12-8 olub. Beləliklə, voleybolçularımız qardaş ölkədən olan bacılarının ucbatından qitə çempionatının seçmə mərhələsi ilə erkən vidalaşıblar.

0
0