Valeriya Korotenko Avropanın ən yaxşı liberosu seçildi
16.03.2009 - 11:11
Valeriya Korotenko Avropanın ən yaxşı liberosu seçildi
Azərbaycan milli komandasının ən gözəl voleybolçusu Valeriya Korotenko növbəti mükafatına qovuşub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı libero Avropa Voleybol Konfederasiyası (CEV) Kubokunun “Dördlər finalı”nda ən yaxşılardan biri olub. Xanım idmançımız yarışın ən yaxşı top qəbul edən voleybolçusu seçilib. Korotenkonun şərəfini qoruduğu Türkiyənin “Fənərbaxça” klubu isə turniri üçüncü yerin sahibi kimi başa vurub.

Qeyd edək ki, Korotenko ilə yanaşı, digər həmyerlimiz Oksana Parxomenko da “Fənərbaxça”nın şərəfini qoruyur.
0