Dəhşətli yol qəzasında 3 voleybolçu öldü - FOTO
14.05.2009 - 11:36
Dəhşətli yol qəzasında 3 voleybolçu öldü - FOTO
İspaniya voleybol ailəsi hüzn içərisindədir. Apasport.az saytının məlumatına görə, buna səbəb mayın 3-də baş vermiş faciəli hadisədir. Belə ki, həmin gün növbəti çempionat oyunundan geri qayıdan “Emeve Laboratorios Nupel” voleybol klubunun avtobusu dəhşətli yol qəzasına uğrayıb.

Avtobusda 15-18 yaşlı qız idmançılar yer alıblar. Qəza nəticəsində yeniyetmə oyunçulardan ikisi - Aida Sela və İris Aryes hadisə yerindəcə keçinib. Dörd voleybolçu isə ağır yaralanıb. Həkimlər onlardan 3-nün həyatını xilas ediblər. Daha ciddi xəsarət almış 15 yaşlı Braziliya əsilli Patrisiya Xavyer isə dünən dünyasını dəyişib.

Qəzaya avtobusun yüksək sürətlə idarə olunması səbəb göstərilir. Avtobus maksimal sürətin 40 km/saat olduğu yolda, 100 km/saat-la gedirmiş.

İspaniya Voleybol Federasiyasının prezidenti Aqustin Martin Santos məyusluğunu gizlətməyib: “Bu, İspaniya voleybolunun yaşadığı ən böyük faciədir. Bütün voleybol ailəsi şokdadır. Yeniyetmə oyunçuların başına gələn belə qəza çox qorxulu olaydır”.
0