Milli komandanın üzvü evlənmək istədiyi qadını polisə təhvil verdi
16.05.2009 - 12:34
Almaniya yığmasının basketbolçusu Dirk Novitski arzuolunmaz vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, ABŞ Milli Basketbol Assosiasiyasının 31 yaşlı ulduzu polisin axtardığı qadınla uzun müddətdir bir yerdə yaşayırmış.
Müxtəlif fırıldaqlara görə ittiham olunan həmin qadın 8 dəfə soyadını dəyişibmiş. Tale elə gətirib ki, Novitski dələduzluğu ilə bağlı əfsanələr gəzən xanımının əsl simasından çox gec xəbər tutub. Həmin vaxta kimi basketbolçu ona 250 min dəyərində nişan üzüyü hədiyyə edib. Ata olmağa hazırlaşan Dirk məhz həmin qadından uşaq gözləyirmiş.
Gələcək ananın paxırı sırf təsadüf nəticəsində açılıb. Belə ki, vəkillər nigah müqaviləsini hazırlayan zaman gəlinin bioqrafiyasında bəzi anları aydınlaşdırmaq üçün detektiv tutublar. Bu isə onların cinayətkarı ifşa etməsi ilə nəticələnib. Novitski ailə həyatı qurmağa hazırlaşdığı xanımını öz əli ilə polisə təhvil verib.

0
0