“Əynimdə paltar olmasa, gündə 3 saat voleybol oynayaram”
18.05.2009 - 16:09
“Əynimdə paltar olmasa, gündə 3 saat voleybol oynayaram”
Bolqarıstanın məşhur manekenlərindən olan Venetta Harizanova podiumu idman arenasına dəyişmək fikrindədir. Apasport.az saytının məlumatına görə, gözəlçə voleybolla məşğul olmaq istəyir.

Lakin bu idman növünün mövcud qaydaları Venettanı heç cür qane etmir. Bu səbəbdən də Harizanova müəyyən şərtlərlə voleybol meydanına çıxmağa razıdır. Öz şərtləri ilə istənilən səviyyədə oynamağa hazır olan Harizanova üçün fiziki cəhətdən də yüklənmə mövcud deyil: “Gündə üç saat voleybol oynamağa hazıram. Lakin gərək əynimdə heç nə olmasın”.
0