Milli komandamız üçün yeni sistem
27.05.2009 - 11:01
İyunun 26-da qadınlardan ibarət yığma komandalar arasında start götürəcək Rusiya Federasiyasının I prezidenti Boris Yeltsinin xatirəsinə həsr olunan Kubokda cəmi 6 ölkə mübarizə aparacaq. Lent.az-ın məlumatına görə, bu haqda yarışın təşkilat komitəsindən açıqlama verilib.
Yekaterinburq şəhərindəki “Uraloçka” arenasında baş tutacaq turnirə Rusiya, Yaponiya, Kuba, Hollandiya və Belarusla yanaşı, Azərbaycan millisi də qatılacaq. Çin yığması gözlənilmədən ənənəvi yarışda iştirakdan imtina edib. Bu dəfə təşkilatçılar yenilik tətbiq edərək, 6 komandanı 2 qrupa bölməyi qərara alıblar. Bu addım oyunlara azarkeş marağını artırmaq üçün atılıb. Əvvəlcə yığmalar qrupda bir-biriləri ilə üz-üzə gələcəklər. Sonra isə final qarşılaşmalarında qalib və mükafatçılar müəyyənləşəcək. Turnirə iyulun 2-də yekun vurulacaq.
Qeyd edək ki, bu ildən “Yeltsin kuboku” Beynəlxalq Voleybol Federasiyasının rəsmi təqviminə salınıb.

0
0