Yığmamızın kapitanı rəsmən Moskva ”Dinamo”sunda!
04.06.2009 - 16:27
Yığmamızın kapitanı rəsmən Moskva ”Dinamo”sunda!
Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının kapitanı Oksana Parxomenko karyerasını Rusiyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 25 yaşlı oyun qurucusu Moskvanın “Dinamo” klubuna keçib.

O, yeni klubu ilə bir illik müqavilə imzalayıb. Milli komandamızın lideri ötən mövsüm “Fənərbaxça” klubunun heyətində Türkiyə çempionu olub. İndi Oksana uzun müddət komanda yoldaşı olan Valeriya Korotenkodan ayrı çıxış edəcək.

Belə ki, onlar yığmamız və Bakının “Azerreyl” klubu ilə yanaşı, “Fənərbaxça”, “Valero”da (İsveçrə) bir yerdə oynayıblar.
0