“Qalatasaray”ın Bakıya gələcəyi təsdiqləndi!
22.06.2009 - 11:44
“Qalatasaray”ın Bakıya gələcəyi təsdiqləndi!
Lüksemburqda voleybol üzrə “Çelenc kuboku” uğrunda yarışın 2009/10 mövsümünün ilk iki mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın həm qadınlardan ibarət “Lokomotiv” və “İqtisadçı”, həm də “Azerneft” kişi klubu mübarizəyə ikinci mərhələdən qoşulacaq.

Püşkün nəticələrinə əsasən, “İqtisadçı”nın rəqibi İstanbul “Qalatasaray”ı olub. “Sarı-qırmızılılar” ötən mövsüm Türkiyə çempionatında 3-cü yeri tutub. “Qalatasaray” Bakıya dekabrda gələcək. Belə ki, “İqtisadçı” ilə birinci görüş 1-3 dekabr, cavab matçı isə 1 həftə sonra baş tutacaq.

“Lokomotiv” isə həmin ərəfədə “Limasol” (Kipr) - “Raanana” (İsrail) cütünün qalibini sınağa çəkəcək. İkinci mərhələdə qələbə qazanan klublar 1/16 finala adlayacaqlar.

Eyni zamanda, “Azerneft”in rəqibi də müəyyənləşib. Kişi voleybolçularımız Yunanıstanın “Foinikas” klubu ilə qarşılaşacaqlar. Oyunlar 2-3 və 8-10 dekabr aralığında keçiriləcək.
0