Bakı klubundan kənarlaşdırıldılar, İtaliya çempionatına çağırıldılar
11.08.2011 - 15:54
“Lokomotiv” klubunun heyətdən kənarlaşdırdığı amerikalı voleybolçular - Kristin Riçards və Nikol Devis özlərinə yeni iş yeri tapıblar. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Bakı komandası ilə “Çelenc Cup”ın finalında oynayan əcnəbilər karyeralarını İtaliya A seriyasında davam edəcəklər.
Riçards “Spes Konegliano”, Devis “Pyaçentsa” ilə anlaşıb. Onlar yeni komandalarında 1 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, “Lokomotiv”in voleybolçularından öncə 2010/2011 mövsümündə Azərbaycan Super Liqasında oynamış Riikka Lehtonen də Apennin yarımadasına üz tutmuşdu.
Növbəti ildə isə “İqtisadçı” klubunun sabiq finlandiyalı üzvü ötən mövsüm ölkəmizdə əsas rəqiblərindən sayılan və “Çelenc Cup”ın yarımfinalda uduzduqları Devislə komanda yoldaşı olacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0