David Mazzanti: Azərbaycanda oynamaq çətindir
16.11.2011 - 13:01
“Çempionlar Liqası böyük turnirdir və biz burada yaxşı çıxış etmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Foppapedretti” voleybol klubunun baş məşqçisi David Mazzanti deyib.
İtaliyalı mütəxəssis Çempionlar Liqasının yeni mövsümündə komandasının inamlı çıxışına böyük ümid bəsləyir. O turnirin startı ərəfəsində baş tutan ənənəvi mətbuat konfransında bildirib ki, yarış onlar üçün heç də yaxşı başlamayacaq: “Məlum olduğu kimi, D qrupunda “Azərreyl” (Azərbaycan), “Tomis” (Rumıniya) və “Vakıfbank TTelekom”la (Türkiyə) qüvvəmizi sınayacağıq. Yəni bizi artıq qarşıda ciddi sınaqlar gözlədiyini yaxşı başa düşürük. Çünki əvvəl turnirin son qalibi olan Türkiyə klubunu qəbul edəcəyik və ardından Azərbaycan komandasının qonağı olacağıq. Bu bizim üçün çətin səfər matçı hesab olunur. Ancaq komandamız çox motivasiyalıdır və yaxşı nəticələrə imza atmaq istəyir”.
Qeyd edək ki, Berqamonu təmsil edən “Foppapedretti” Avropanın ən titullu klublarındandır və ölkəmizə dekabrın 7-də gələcək.

0
0