“Bakı” üçün Fransa səddi
07.12.2011 - 00:01
“Bakı” voleybol klubu bu gün “Çelenc Cup” turnirində dördüncü oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, paytaxt komandası evdə 3:1 hesabı ilə məğlub etdiyi “Evre”nin (Fransa) qonağı olacaq.
Görüşün komandamız üçün heç də asan keçməyəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki rəqib Bakıda ilk görüşdə voleybolçularımıza qarşı ciddi müqavimət göstərməklə, yarışı vaxtından öncə tərk etmək niyyətində olmadığı arzusunu ortaya qoymuşdu.
Amma “Bakı” da növbəti mərhələ barədə düşünür. “Celenc Cup”da debüt edən cəmi 2 yaşlı klub ilk cəhdcə uğur qazanmağı hədəfləyib. Onlar bunu “Famaqusta” (Kipr) ilə oyunda hər 2 matçda 3:0 hesabı ilə qalib gələrək, sübut etdilər. Komandamızın braziliyalı baş məşqçisi Ancelo Vercesi və super heyət də “Bakı”nın bu mövsümdə bir çox klublara başağrısı olacağından xəbər verir.
Təmsilçimiz səfərdə uduzsa belə, “qızıl set”ə bel bağlayacaq. Bunun üçün voleybolçularımızın Fransada mərhələ adlaması inandırıcıdır. Həm də, hazırda “Evre”dən fərqli, “Bakı” ölkə çempionatında uğurlu çıxış edir.
“Çelenc Cup”, II təsnifat mərhələsi
Cavab matçı
7 dekabr
23:00. “Evre” (Fransa) - “Bakı” (Azərbaycan)
Hakimlər: Mariya Ute Fisçer (Almaniya), Rikardo Marques Ferreyra (Portuqaliya).
Qeyd edək ki, “Evre” – “Bakı” matçına bilet 5 avrodur. Tələbələr isə bu görüşü 2 avroya canlı izləyə biləcəklər.

İlk oyun “Bakı” (Azərbaycan) – “Evre” (Fransa) - 3:1 (25:15, 18:25; 25:20; 25:11) |
---|

0
0