Biri asan, biri çətin
06.12.2011 - 20:06
Qadın voleybolçular arasında Çempionlar Liqasında (ÇL) ölkəmizi təmsil edən “Rabitə” və “Azərreyl” sabah növbəti oyunlarını keçirəcəklər. Apasport.az saytının məlumatına görə, Super Liqanın qalibi olan “rabitəçilər” səfərdə “Dresdner”in (Almaniya) qonağı olacaqlar.
Zoran Qayiçin yetirmələrinin ilk matçda olduğu kimi bu dəfə də asan qələbə qazanacaqları gözlənilir. Çünki milli komandalarından fərqli, son illərdə elə də güclü olmayan alman klubları titul qazanmaqda çətinlik çəkirlər. Dünya çempionatında birinci olan “Rabitə”nin isə səfərdə də “Dresdner” “voleybol dərsi” keçəcəyi şübhə doğurmur.
Onlarla müqayisədə, Bakıda İtaliya “Foppapedretti”sini qəbul edəcək “Azərreyl”in işi isə elə də asan olmayacaq. 2 dəfə ÇL-in pley-off mərhələsində rəqibinə uduzan Faiq Qarayevin yetirmələri bu dəfə qisas çıxmaq gücündədirlər. Lakin rəqibin də Bakıda qələbə qazanması mümkündür. Çünki italiyalılar ilk turda ÇL-in son qalibi “Vakıfbank TTelekom”a uduzduqlarından “Azərreyl”lə oyunda bunun qisasını çıxmağa çalışacaqlar.
Çempionlar Liqası
Qrup mərhələsi
7 dekabr
II tur
B qrupu
22:00. “DRESDNER” (ALMANİYA) – “RABİTƏ” (AZƏRBAYCAN)
Hakimlər: Aqe Kristensen (Danimarka), Blyert Girt (Belçika)
Dresden, Marqon Arena
D qrupu
18:00. “AZƏRREYL” (AZƏRBAYCAN) – “FOPPAPEDRETTİ” (İTALİYA)
Hakimlər: Viktor Markov (Rusiya), Yuri Bakunoviç (Belarus)
Bakı İdman Sarayı
Qeyd edək ki, “Rabitə” ilk turda “Myulhaus”a, “Azərreyl” “Tomis”ə 3:0 hesabı ilə qalib gəlib.

0
0