“Fənərbaxça”dan ikinci qələbə
07.12.2011 - 10:13
Bakının “Rabitə” klubunun Çempionlar Liqasında rəqibləri II turunun oyununa çıxıblar. Apasport.az saytının məlumatına görə, Fransa “Myulhaus”u Türkiyə “Fənərbaxça”sını sınağa çəkib.
Zoran Qayiçin yetirmələrinin 3:0 hesabı ilə məğlub etdikləri fransızlar bu dəfə “sarı-lacivərdlilər”lə da bacarmayıblar. Belə ki, “Fənərbaxça” da “Myulhaus”a “quru hesabla” (25:20, 25:19, 25:18) qalib gəlib.
Qeyd edək ki, “Rabitə” ikinci oyununa bu gün çıxacaq. Komandamız Almaniyada “Dresdner”in qonağı olacaq.

Fənərbaxça | 2 | 2 | 0 | 6-0 | 6 |
---|---|---|---|---|---|
Rabitə | 1 | 1 | 0 | 3-0 | 3 |
Dresdner | 1 | 0 | 1 | 0-3 | 0 |
Myulhaus | 2 | 0 | 2 | 0-6 | 0 |
0
0