Aleksandr Vaibl: Azərbaycan çempionu ilə oyun öncəsi təcrübə qazandıq
07.12.2011 - 10:37
“Çempionlar Liqasının ilk turunda “Fənərbaxça”ya uduzsaq da, Mən voleybolçularımın gördüyü işdən ümumilikdə razıyam”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Dresdner” voleybol klubunun baş məşqçisi Aleksandr Vaibl deyib.
O, Çempionlar Liqasının II turunda qəbul edəcəkləri Bakının “Rabitə” klubu ilə oyun barədə fikirlərini açıqlayıb. Vaibl bildirib ki, onun yetirmələri güclü rəqiblər qarşısında aciz qalmırlar: “Fənərbaxça” ÇL-in qalibi olmağa 2-3 namizəddən biridir. Komandam belə dünyasəviyyəli rəqibə qarşı yaxşı məhsuldarlıq nümayiş etdirdi. Bununla da növbəti matçda rəqibimiz olan “Rabitə” ilə oyun öncəsi yaxşı təcrübə qazandıq. Azərbaycan çempionu ilə görüşlə nüfuzlu turnirdə evdə debüt edəcəyik. Biz bu əlamətdar hadisəyə görə şadıq və həmin tarixi oyunda yaxşı şou göstərmək istəyirik. Bununla da çoxsaylı azarkeşlərimizi heyrətləndirmək fikrindəyik”.
Qeyd edək ki, “Dresdner” – “Rabitə” oyunu bu gün keçiriləcək.

0
0