“Rabitə” ilə oyunda tam anşlaq gözləyirik”
07.12.2011 - 10:52
“Biz artıq “Rabitə” ilə oyun 1200 bilet satmışıq”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Dresdner” voleybol klubunun icraçı-direktoru Sandra Çimmermann deyib.
O, Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda qəbul edəcəkləri Bakının “Rabitə” komandası ilə oyunda anşlaq gözləyir. Çimmermannın sözlərinə görə, 1500 tamaşaçı tutumu olan arenaya satılmamış cəmi 300 bilet qalıb: “Ümid varıq ki, oyun saatına kimi bu biletlər də satılacaq. Azarkeşlərimizi böyük oyun gecəsi gözləyir. Biz Çempionlar Liqası kimi turnirin iştirakçısı olduğumuz üçün fəxr edirik. Sponsorlarımıza, tərəfdaşlarımıza və azarkeşlərimizə minnətdarıq ki, onların hamısının köməyi sayəsində bu arzumuzu reallaşdırdıq”.
Qeyd edək ki, “Dresdner” – “Rabitə” oyunu bu gün saat 22:00-da başlayacaq.

0
0