“İqtisadçı” 1/8 final çıxdı
07.12.2011 - 22:13
“İqtisadçı” voleybol klubu bu gün CEV kubokunun 1/16 final mərhələsinin cavab oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, yarışda yeganə təmsilçimiz Rumıniyanın “Dinamo-Romprest” komandasının qonağı olub.
İlk matçda 3:0 hesabı ilə qələbə qazanan “İqtisadçı” səfər matçında çətinliklə də olsa rəqibini məğlub etməyi bacarıb. Belə ki, ilk setdə 30:28 hesabı “Dinamo-Romprest”ə qalib gələn voleybolçularımız növbəti 2 hissədə məğlubiyyətə üzülüblər.
Lakin hesabda geri düşmək Super Liqanın bürünc mükafatçısını ruhdan salmayıb. Əksinə, bundan sonra öz oyununu tapan komandamız ardıcıl 2 seti əzmkarlıq nümayiş etdirərək cavab görüşünü də qələbə ilə başa vurub.
Beləliklə, hər 2 oyunda rəqibindən güclü olan “İqtisadçı” 1/8 finala vəsiqə qazanıb.
1/16 final mərhələsi, cavab matçı
7 dekabr
20:00. “Dinamo-Romprest” (Rumıniya) – “İqtisadçı” (Azərbaycan) - 2:3 (28:30, 25:22, 25:19, 14:25, 11:15)
Hakimlər: Kiril Stoyanova (Bolqarıstan), Sek Jacek (Polşa)
Buxarest, Lusian Qriqoresku İdman Salonu.
İlk oyun
“İqtisadçı” – “Dinamo-Romprest” - 3:0 (25:16, 25:21, 25:10)

0
0