“Bakı” 1/16 finalda! - YENİLƏNİB
08.12.2011 - 00:25
“Bakı” 1/16 finalda! - YENİLƏNİB
“Bakı” voleybol klubu bu gün “Çelenc Cup” turnirində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt komandası II təsnifat mərhələsinin cavab matçında “Evre”nin (Fransa) gücünü yoxlayıb.

Evdə 3:1 hesabı ilə məğlub etdiyimiz rəqiblə duelin heç də asan keçəcəyi gözlənilməsə də, bu belə olmayıb. Səfərə növbəti mərhələyə yüksəlmək arzusu yollanan “Bakı” istəyinə asanlıqla nail olub. Fransızlar yalnız ilk setin əvvəllərində voleybolçularımıza müqavimət göstəriblər.

Lakin sonradan çox zəif olduğunu anlayan ev sahibləri tezliklə təmsilçilərimiz qarşısında ağ bayraq qaldırmalı olublar. Nəticədə “Bakı” matçı evdəkindən fərqli, “quru hesablı” qələbə ilə bitirib – 3:0.

Bu isə paytaxt komandasının daha bir mərhələ adlaması – 1/16 finala yüksəlməsi ilə nəticələnib.


“Çelenc Cup”, II təsnifat mərhələsi
Cavab matçı


7 dekabr
23:00. “Evre” (Fransa) - “Bakı” (Azərbaycan) - 0:3 (16:25, 15:25, 20:25)
Hakimlər: Mariya Ute Fisçer (Almaniya), Rikardo Marques Ferreyra (Portuqaliya).

İlk oyun
“Bakı” (Azərbaycan) – “Evre” (Fransa) - 3:1 (25:15, 18:25; 25:20; 25:11)

Qeyd edək ki, “Bakı” I təsnifat mərhələsində “Famaqusta”ya (Kipr) hər 2 matçda 3:0 hesabı ilə qalib gəlmişdi.