Azərbaycan çempionu rəqib tanımır
07.12.2011 - 23:28
Qadın voleybolçular arasında Çempionlar Liqasında ölkəmizi təmsil edən “Rabitə” II turu səfərdə keçirib. Apasport.az saytının məlumatına görə, son Azərbaycan və dünya çempionu Almaniyada “Dresdner”in qonağı olub.
Zoran Qayiçin yetirmələri ilk matçda olduğu kimi, bu dəfə də rəqibinə heç bir şans verməyiblər. Onlar Çempionlar Liqasının debütantı “Dresdner” bu möhtəşəm yarışda ilk ev oyununa çıxmağa peşman ediblər.
Belə ki, ilk setdə 25:22 hesabı ilə qələbə qazanan voleybolçularımız növbəti hissəni 6 xal irəlidə bitiriblər. Üçüncü set isə “Rabitə”nin gücünü bir daha ortaya qoyub. Bu dəfə 25:21 hesabı ilə qalib gələn Azərbaycanın ən titullu klubu ardıcıl ikinci qələbəsini qazanıb.
Nəticədə hər 2 matçı 3:0 hesabı ilə xeyrinə yazan “Rabitə” “Fənərbaxça”dan (Türkiyə) heç də zəif olmadığını nümayiş etdirib. Hazırda aktivlərində 6 xalları olan hər 2 klub qrupda 1-2-ci yerləri bölüşürlər. “Myulhaus” (Fransa) və “Dresdner” isə hələ ki həm xala, həm də setə həsrətdirlər.
Çempionlar Liqası
Qrup mərhələsi
7 dekabr
II tur
B qrupu
“DRESDNER” (ALMANİYA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 0:3 (22:25, 19:25, 21:25)
Hakimlər: Aqe Kristensen (Danimarka), Blyert Girt (Belçika)
Dresden, “Marqon Arena”

0
0