“Yamamay” yenə Bakıya gəlir
08.12.2011 - 00:00
“İqtisadçı” voleybolçularının CEV kubokunun 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin yeganə təmsilçisi İtaliyanın “Yamamay” klubu ilə qüvvəsini sınayacaq.
Rəqibimiz 1/16 finalda Fransa “Le Kannet”inə hər 2 matçda qalib gəlib. “Yamamay” isə azərbaycanlı azarkeşlərə kifayət qədər tanışdır. Onlar məhz CEV kubokunun 2009/2010 mövsümündə Bakıda keçirilən “Dördlər finalında” Azərbaycana səfər ediblər və yarımfinalda “Rabitə”yə qalib gəliblər.
“İqtisadçı” “Yamamay”la ilk matçını 2012-ci ilin yanvarının 10-u, 11-i və ya 12-də səfərdə, cavab görüşlərini 1 həftə sonra evdə keçirəcək.
Qeyd edək ki, voleybolçularımız 1/16 final mərhələsində Rumıniyanın “Dinamo-Romprest” klubunu mübarizədən kənarlaşdırıb.

0
0