Əzəli rəqiblərin dueli
09.12.2011 - 15:58
Əzəli rəqiblərin dueli
Sabah kişi basketbolçular arasında Azərbaycan çempionatının III turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu turda əzəli rəqibləri – “Araz”la “Qala”nın dueli ilə əlamətdar olacaq.

Son mövsümlərdə Elxan Əliyevinin yetirmələrinə məğlub olmayan Naxçıvan təmsilçisi bu uğurlu seriyanı davam etdirməyə çalışacaq. Çünki “Qala” hazırda elə də güclü deyil və bu komandada daha çox yığmamız üçün gələcəkdə faydalı ola biləcək basketbolçular yer alıb. Bundan əlavə, ilk turda texniki qələbə alan komandanın “Araz”la xal fərqi daha da artarsa yenə çempion olması çətinləşəcək. Əksinə, “Qala” qalib gələrsə, onlarla eyni xala malik olacaq.

Günün digər matçlarından NTL-Tudor - Çağ öyrətim görüşünün də maraqlı keçəcəyini proqnozlaşdırmaq olar. Autsadyderlər - AZTOP – BDU matçı isə elə baxımlı alınmayacaq. Çünki hər 2 klub çox zəifdir və onlar yalnız bir-birlərini məğlub edə bilərlər.

III tur

10 dekabr
12:00 AZTOP – BDU
13:30 “Araz” – “Qala”
15:00 NTL-Tudor - Çağ öyrətim

1. Araz220254-804
2. NTL-Tudor22081-534
3. Qala21177-653
4. Çağ öyrətim211133-1463
5. AZTOP202116-1812
6. BDU20288-2222