“Bakı” Biləcərini asan keçdi - YENİLƏNİB
13.12.2011 - 15:00
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bir oyun keçirilib. Apasport.az saytına verilən məlumata görə, “Lokomotiv Biləcəri” “Bakı” ilə qüvvəsini sınayıb.
Oyun gözlənildiyi kimi, “Bakı”nın asan qələbəsi ilə yekunlaşıb. Yeni mövsümdə hələ məğlubiyyət acısı yaşamayan komanda debütanta da gücünü göstərib. İlk setdə 25:10 hesabı ilə rəqiblərini məğlub edən Ancelo Vercesinin yetirmələri növbəti hissədə 25:19 hesabı ilə qalib gəlib. Sonuncu setdə də üstün olan “Bakı” “Çelenc Cup” və Super Liqada daxil olmaqla, ardıcıl 8-ci qələbəsini qazanıb.
“Bakı”dan fərqli, “Lokomotiv Biləcəri” isə hələ 1 setdə belə qalib gələ bilməyib.
IV tur
“Lokomotiv Biləcəri” - “Bakı” - 0:3 (10:25; 19:25; 16:25)
Voleybol Federasiyasının idman zalı

1. | Bakı | 4 | 4 | 0 | 12-0 | 8 |
---|---|---|---|---|---|---|
2. | Rabitə | 2 | 2 | 0 | 6-1 | 4 |
3 | İqtisadçı | 3 | 1 | 2 | 4-7 | 4 |
4. | Lokomotiv | 2 | 1 | 1 | 3-3 | 3 |
5. | Azəryolservis | 3 | 0 | 3 | 2-9 | 3 |
6. | Lokomotiv Biləcəri | 3 | 0 | 3 | 0-9 | 3 |
7. | Azərreyl | 1 | 1 | 0 | 3-1 | 2 |
0
0