“Rabitə” Bakını tərk edir
13.12.2011 - 11:43
“Rabitə” Bakını tərk edir
Azərbaycan və dünya çempionu “Rabitə” voleybol klubu bu gün Bakını tərk edəcək. Apasport.az saytının məlumatına görə, ölkəmizin ən titullu komandası Türkiyəyə yollanacaq.

Səfərdə məqsəd Çempionlar Liqasının III tur çərçivəsində “Fənərbaxça” ilə görüşdür. Dekabrın 15-də baş tutacaq oyundan 1 gün sonra isə Zoran Qayiçin yetirmələri paytaxtımıza dönəcəklər.

Qeyd edək ki, həm “Fənərbaxça”, həm də “Rabitə” ilk 2 turu qələbə ilə başa vurub və turnir cədvəlində ilk 2 pilləni bölüşürlər
0