“Tomis”dən sensasiya
14.12.2011 - 10:02
“Tomis”dən sensasiya
Qadın voleybolçular arasında Çempionlar Liqasında Bakının “Azərreyl” klubun rəqibləri – “Tomis” (Konstanta) Rumıniyada “Foppapedretti”ni (Berqamo) qəbul edib. Apasport.az saytının məlumatına görə, görüşdə sensasiya qeydə alınıb.

Belə ki, ev sahibləri gözlənilmədən 3:2 (25:19, 18:25, 17:25, 26:24, 15:11) hesabı ilə qələbə qazanıblar. Bu qələbədən sonra “Tomis” üçüncü pilləyə yüksəlib.

Vakıfbank TTelekom2206-0150-1066
Azərreyl2206-1172-1406
Tomis3123-8215-2542
Foppapedretti3033-9236-2731


Qeyd edək ki, “Azərreyl” bu gün “Vakıfbank TTelekom”u qəbul edəcək.
0