Sözdən iddialı sözlər
14.12.2011 - 15:22
“Üçüncü görüşümüzdə çox çətin rəqiblə üz-üzə gələcəyik. Çünki “Rabitə” ötən mövsüm Çempionlar Liqasının finalında oynayıb, ardından isə klublararası dünya çempionatının qalibi olub”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Fənərbaxça” voleybol klubunun məşqçisi Kamil Söz deyib.
Azərbaycan milli komandasının sabiq voleybolçusu Yelena Şabovtanın həyat yoldaşı Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakının “Rabitə” klubu ilə oyun barədə fikirlərini açıqlayıb. “Sarı-lacivərdlilər”in məşqçisi bildirib ki, bu matçda azarkeş dəstəyinə böyük ehtiyacları var: “Onların heyətində çox güclü voleybolçular yer alıblar. “Rabitə” həm qrupumuzun, həm də Çempionlar Liqasının ən iddialı komandalarından biridir. Bu səbəbdən də evdə və səfərdə oynayacağımız görüşlər nüfuz və xal baxımından böyük əhəmiyyət daşıyır. Biz isə hər 2 qarşılaşmadan qalib ayrılmaq istəyirik. Sabah ilk arzumuzu reallaşdırıb, cavab görüşü ərəfəsində mənəvi üstünlük qazanmaq istəyirik. Bu çətin oyunda isə fanatlarımızı da yanımızda görmək istəyirik. Çünki onların gücü həmişə bizi yuxarı pillələrə daşıyıb”.
Qeyd edək ki, “Fənərbaxça” – “Rabitə” oyunu sabah 21:30-da başlayacaq.

0
0