“Araz” yenə də uduzmadı - YENİLƏNİB
17.12.2011 - 17:52
“Araz” yenə də uduzmadı - YENİLƏNİB
Bu gün kişi basketbolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, IV turun görüşləri də liderlərin qələbəsi ilə yekunlaşıb.

Belə ki, son Azərbaycan çempionu “Araz” əvvəlki matçlarla müqayisədə bu dəfə çətinliklə “NTL-Tudor”u məğlub edib – 93:86.

Çempionatının ən titullu 2 klubundan biri olan Elxan Əliyevin yetirmələri də qarşılaşmalarını qalib kimi başa vurublar. Onlar AZTOP üzərində 79:72 hesabı ilə qələbə qazanaraq, üçüncü pilləyə yüksəliblər.

Tur “Çağ öyrətim” və BDU arasında keçirilən oyunla başa çatıb. 3 turdan sonra turnir cədvəlində 2-ci yerdə olan “şagirdlər” gözlənildiyi kimi “tələbələr”ə güzəştə getməyiblər və 83:48 hesabı ilə layiqli qələbə qazanıblar.

IV tur

17 dekabr
NTL-Tudor – “Araz” - 86:93
AZTOP – “Qala” - 72:79
Çağ öyrətim - BDU - 83:48

1. Araz 4 4 0 431-2458
2. Çağ öyrətim 4 3 1 292-253 7
3. Qala 4 2 2 235-221 6
4. NTL-Tudor 4 2 2 226-222 6
5. AZTOP 4 1 3 274-309 5
6. BDU 4 0 4 185-391 4