“Nataşa Osmokroviç dünyanın ən güclü voleybolçusudur” - FOTO
30.12.2011 - 14:40
“Nataşa Osmokroviç dünyanın ən güclü voleybolçusudur” - FOTO
“Rabitə”nin komanda şəklində gücü diqqət çəkir. Bakı təmsilçisi kollektiv kimi çox üstündür”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Kann” klubunun baş məşqçisi Yan Fanq deyib.

O, İsveçrənin Bazel şəhərində “Top Volley İnternational” beynəlxalq turnirində 2 dəfə uduzduqları “Rabitə”nin çıxışına qiymət verib.

Çinli mütəxəssis Azərbaycan və dünya çempionunun heyətində fərqləndirdiyi voleybolçunun adını da açıqlayıb: “Rabitə” ayrı-ayrı ulduzlardan təşkil olunmayıb. Hərçənd, mənim üçün Nataşa Osmokroviç dünyanın ən güclü voleybolçusudur. Turnirdə bir daha bunu sübut etdi. Nataşa məndə yaxşı təəssürat oyatdı. Yadımdadır, Osmokroviç 2009/2010 mövsümündə “Fənərbaxça”nın heyətində Çempionlar Liqasının yarımfinalında bizə qarşı oynamışdı. Həmin vaxtı liderimiz Viktoriya Ravva blokda inamlı çıxış etsə, bu, bizə kömək olmamışdı”.

Qeyd edək ki, “Rabitə” “Top Volley İnternational”ın qrup mərhələsində “Kann”a 3:0, final görüşündə 3:1 hesabı ilə qalib gəlib.